LAÇIN və AĞDAMLA BAĞLI RAZILAŞMA QÜVVƏDƏDİR - Ermənilər ərazilərimizi vaxtında tərk edəcəklər 

img

15-11-2020 [15:15]


“Qrafikə uyğun olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən mülki insnalar, hərbçilər çıxarılır. Ağdamdan 20 noyabr, Laçından isə ermənilərin çıxarılması nəzərdə tutan vaxt dekabrın 1-dək olduğu kimi saxlanılır. Bircə Kəlbəcərlə bağlı bu zaman 15 noyabrdan 25 noyabradək uzadılıb”.

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ali Baş Komandan tərəfdindən də bu müjdə yaxın zamanlarda Azərbaycan xalqına çatdırılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA