PAYTAXTIN POLİS RƏİSİ YENİ VƏZİFƏYƏ TƏYİN OLUNDU - Vilayət Eyvazovdan daha bir dəyişiklik

img

14-11-2020 [13:31]


Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov tutduğu vəzifədən azad edilərək, başqa vəzifəyə keçirilib.

Mia.az Strateq.az-a istinadla əbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Mirqafar Seyidov Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Xatırladaq ki, 1965-ci ildə Naxçıvan MR, Kəngərli rayonunun Şahtaxtı kəndində nüfuzlu seyid ailəsində anadan olan Mirqafar Seyidov 1982-1989-cu illərdə Sovet Ordusunun Hərbi Hava-Desant Qoşunlarında xidmət keçib, 1989-cu ildənsə daxili işlər orqanlarında xidmətə başlayaraq, cinayət axtarış strukturlarında müxtəlif vəzifələrdə işləyib.

2005-2007-ci illərdə DİN-in nəzdindəki Miqrasiya Xidmətinin rəis müavini olan M.Seyidov daha sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, DİN Daxili Təhlükəsizlik İdarəsinin rəisi, 2007-2014-cü illərdə isə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifələrində işləyib.

2014-cü noyabr ayında Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyul tarixli 393 nömrəli sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi alıb. Prezidentin 2006-cı il 30 iyun tarixli 1545 nömrəli sərəncamı ilə cinayətlərin qarşısının alınması və açılması, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fərqləndiyinə görə “İgidliyə görə” medalı ilə təltif olunub.

2015-ci il 1 iyul tarixli Prezident sərəncamı ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Ailəlidir, üç övladı, 5 nəvəsi var.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA