Rusiya XİN: "Sülhməramlıları daşıyan daha 8 təyyarə Qarabağa uçub"

img

13-11-2020 [15:30]


Rusiya sülhməramlılarını daşıyan daha 8 təyyarə Dağlıq Qarabağa uçub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

"Noyabrın 13-də 8 ədəd İL 76 hərbi nəqliyyat aviasiyası Ulyanovsk-Vostoçnıy aerodromundan havaya qalxıb. Təyyarələr Ermənistandakı aerodroma 10-dan çox yüksək keçidli yük avtomobilləri, eləcə də 100-dən çox hərbçi aparıb".

Qeyd edək ki, Rusiyanın Dağlıq Qarabağda yerləşdirdiyi sülhməramlıların sayı 1960 hərbçidən, 9 zirehli tranportyordan və 380 avtomobil və digər texnikalardan ibarətdir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA