Rəsmi Moskvadan Qarabağla bağlı daha bir açıqlama: “Sadəcə qoşun yeritmək, özü də hara, Qarabağa?"

img

13-11-2020 [13:08]


"Qarabağda döyüşlər gedərkən Rusiyanın öz qoşunlarını ora yeritmək hüququ yox idi".

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya münaqişə tərəflərinin razılığını alandan sonra sülhməramlılarını yeritmək hüququ əldə edib: “Sadəcə qoşun yeritmək, özü də hara, Qarabağa? Beynəlxalq qanunlara görə Rusiyanın buna haqqı olmayıb. Biz sülhməramlı qoşunları yeritmək hüququnu münaqişə tərəflərinin razılığını alandan sonra əldə etdik”.

D. Peskov ölkəsinin BMT Təhlükəsizlik Şurasının (TŞ) bütün müvafiq qətnamələrinə sadiq ölkə olaraq qaldığını qeyd edib/APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA