Lavrovdan yeni açıqlamalar: “Türkiyənin heç bir sülhməramlısı Qarabağa göndərilməyəcək, əminəm ki, Ermənistan hökuməti də... ”

img

12-11-2020 [13:46]


Türkiyənin heç bir sülhməramlısı Qarabağa göndərilməyəcək.

Bu sözləri Rusiyanın XİN başçısı Sergey Lavrov deyib/APA.

Rusiya XİN başçısı qeyd edib ki, türkiyəli müşahidəçilərin fəaliyyəti Azərbaycanda yerləşən monitorinq mərkəzi ilə məhdudlaşacaq.

Onun sözlərinə görə, Dağlıq Qarabağla bağlı əldə olunmuş razılaşmanı pozmağa cəhdlə bağlı hər hansı əlamət yoxdur: "Moskva əmindir ki, bütün tərəflər Dağlıq Qarabağda Rusiya sülhməramlılarının olmasında maraqlıdır".

Lavrov qeyd edib ki, Rusiya Ermənistan müxalifətinin Dağlıq Qarabağla bağlı uğurla əldə edilmiş razılaşma ətrafında necə spekulyasiya etməyə cəhd göstərdiyini görür: "Ancaq əminəm ki, Ermənistan hökuməti məsuliyyəti dərk edir və Qarabağ üzrə razılaşmaya tam əməl olunacaq".

Mia.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA