Şuşa Polis Şöbəsi Şuşa şəhərinə köçürüldü, yeni komendant təyin olundu - Vilayət Eyvazovdan operativ qərar

img

12-11-2020 [12:53]


Şuşa Polis Şöbəsi Şuşa şəhərinə köçürülüb.

Məlumata görə, şöbə əməkdaşları artıq işladan azad edilmiş Şuşa şəhərindədir. Şuşa şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komentdant təyin olunub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə işğaldan azad edilən rayonlara polis şöbələri köçürülür: ”Şuşa şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komentdant təyin olunub”.

E. Zahidov onu da bildirib ki, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, polis şöbələri müvəqqəti komendantlıqlar kimi hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər.

Şuşa şəhəri 8 noyabr 2020-ci il tarixdə erməni işğalından azad edilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA