XİN başçısı: “Hakimiyyətlər gəlib-keçər, ancaq anlaşmalar qalır" 

img

12-11-2020 [10:46]


“Azərbaycan gücünü dosta da, düşmənə də göstərdi”.

Bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Çavuşoğlu deyib ki, Azərbaycan Ordusu böyük zəfər qazanıb: “Şəhidlər, yaralılar var. Şəhidlərə, mülki əhali arasında həlak olanlara rəhmət diləyirik. Azərbaycanın qələbəsini Türkiyədə də hər kəs paylaşdı”/APA. 

Ermənistanda hakimiyyət dəyişikliyi ehtimalı ilə bağlı atəşkəs razılaşmasının təhlükə altına düşüb-düşməyəcəyinə dair sualı cavablandırarkən bildirib ki, dövlətlərdə davamlılıq əsasdır.

Çavuşoğlu deyib ki, atəşkəs anlaşmasını 3 ölkə imzalayıb: “Hakimiyyətlər gəlib-keçər, ancaq anlaşmalar qalır. Ermənistan hökumətinin doğru seçimindən Ermənistan xalqı da faydalanacaq”.

Xarici işlər naziri qeyd edib ki, atəşkəsə nəzarət mərkəzinin şöbələri də olacaq və bu şöbələr vasitəsi ilə atəşkəsə nəzarət daha əhatəli həyata keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA