Rəsmi Ankara: "Ermənistan atəşkəsi yenə pozsa, ağır nəticəsini görər"

img

12-11-2020 [10:34]


“İşğal olunmuş torpaqların hamısı azad ediləcək”.

Bunu bu gün Bakıda keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın işğal edilmiş ərazilərin qaytarılması ilə bağlı təqvimə riayət etməyəcəyi halda hansı addımların atılacağına dair sualı cavablandırarkən bildirib.

Çavuşoğlu deyib ki, anlaşmanın altında Ermənistan baş nazirinin imzası var: “Ermənistan bundan əvvəl 3 dəfə atəşkəsi pozdu, nəticəsini gördü. Yenə pozarlarsa, yenə də ağır nəticəsini görərlər. Bundan əvvəl Azərbaycan çox səbr etdi, bundan sonra seçim Ermənistanındır. Ya könüllü anlaşmaya əməl edərək işğal edilmiş torpaqlardan çıxacaqlar, ya da qəhrəman Azərbaycan Ordusu bu günə qədər olduğu kimi torpaqlarını alacaq. Həyatın gerçəkləri var. Ermənistan bölgədə sabitlik əldə olunandan sonra bundan necə faydalanacaq, o barədə düşünməlidir”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA