Dağlıq Qarabağa Rusiyanın hərbi helikopterləri də nəzarət edəcək

img

12-11-2020 [10:07]


Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı əməliyyatında Rusiyanın Hərbi Kosmik Qüvvələrinin Mi-8 və Mi-24 helikopterləri fəaliyyət göstərəcək.

“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Helikopterlər atəşkəs və hərbi əməliyyatlara nəzarət bölgələrinin havadan izlənməsi üçün istifadə ediləcək”, - məlumatda bildirilib.

Bundan başqa, onlar çətin əlçatılan rayonlara sülhməramlı kontingentin şəxsi heyəti və mülkünü daşıyacaq.

Xatırladaq ki, son sutkada Dağlıq Qarabağa 414 rusiyalı sülhməramlı hərbçilər və onlarla avtomobil və digər maşın, həmçinin 8 helikopter və pilotsuz uçan aparatlar yerləşdirilib.

Ümumilikdə qruplaşma 1 960 atıcı silahlı hərbçi, 90 zirehli personal daşıyıcı, 380 avtomobil və digər texnikadan ibarət olacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA