Hulusi Akarla Rusiyanın Müdafiə naziri Qarabağla bağlı memorandum imzaladı: "Atəşkəsin və sabitliyin qorunmasında önəmli addım atılıb"

img

12-11-2020 [08:37]


Türkiyə və Rusiyanın müdafiə nazirləri Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə ortaq mərkəzin yaradılmasına dair memorandum imzalayıblar.

Mia.az-ın məlumatına görə, memorandumu videokonfrans formatında Türkiyə tərəfindən Milli Müdafiə naziri Hulusi Akar və Rusiya Federasiyasından Müdafiə naziri Sergey Şoyqu imzalayıb.

Hulusi Akar vurğulayıb ki, Dağlıq Qarabağda atəşkəsin və sabitliyin qorunmasında önəmli addım atılıb. Nazir anlaşma üzrə həyata keçiriləcək fəaliyyətin bölgə üçün səmərəli və faydalı olmasını arzulayıb.

Memorandumda mərkəzin vəzifə və prinsipləri müəyyənləşdirilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sənədin dünən səhər imzalandığını bildirib. "Atəşkəsə nəzarət üçün yaradacağımız ortaq Türkiyə-Rusiya monitorinq mərkəzi ilə bağlı saziş bu səhər imzalanıb. Bu mərkəz Azərbaycanın işğaldan azad etdiyi bölgədə qurulacaq”, 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA