Azərbaycanda daha 1202 nəfər koronavirusa yoluxub, 18 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

11-11-2020 [16:38]


Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 202 yeni yoluxma faktı qeydə alınıb, 998 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Mia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, son sutkada 18 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ümumilikdə 68 594 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 51 007 nəfər müalicə olunaraq sağalıb, 885 nəfər vəfat edib, aktiv xəstə sayı 16 702 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 665, ötən müddət ərzində isə ümumilikdə 1 467 842 test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA