Paşinyan haqda şok iddia: "Razılaşmanı imzaladıqdan sonra ABŞ səfirliyinə qaçıb..."

img

11-11-2020 [16:28]


Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı təfərrüatlar ortaya çıxıb.

Erməni KİV-ləri xəbər verir ki, bəyanat imzalandıqdan sonra 7 rayonun və Şuşa şəhərinin Azərbaycanın nəzarətinə keçməsindən narazı qalan ermənilər etiraz aksiyalarına başlayıb.

Həmin gün etirazçılar parlamentə, hökumət evinə, eləcə də N. Paşinyanın iqamətgahına daxil olub. Amma baş nazir heç yerdə olmayıb.

Erməni mətbuatının yazdığına görə, baş nazir Yerevanda ABŞ səfirliyinin binasında gizlənib/Trend


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA