Rəsmi Moskvadan Qarabağın statusu haqda açıqlama: "ABŞ və Fransa razılığın əldə olunmasında iştirak etmədilər"

img

10-11-2020 [13:48]


"ABŞ və Fransa Qarabağla bağlı razılığın əldə olunmasında iştirak etmədilər".

Mia.az Ria Novosti-yə istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ATƏT-in Minsk Qrupunun həmsədri kimi  ABŞ və Fransanın Qarabağla bağlı razılaşma prosesində iştirak edib-etməmələri barədə suala cavabda deyib.

O bildirib k, bu, Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli bir razılaşmadır.

Dmitri Peskov bildirib ki, Qarabağla bağlı bəyanatda bu bölgənin statusu göstərilmir: "Bəli, bu sənəddə Qarabağın statusu haqqında məlumat verilmir, hal-hazırda beynəlxalq hüququn bütün əsas aktlarından, ilk növbədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrindən və digər sənədlərdən çıxış etməyə davam edirik".

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında atəşkəsə dair razılaşma imzalanıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA