"İnanırdıq ki, elə edəcəyik, atəşkəs imzalamaqda maraqlı olmayaq" - Paşinyan sülhdən niyə yayındığının səbəbini belə izah etdi

img

10-11-2020 [12:43]


Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 27-də hərbi əməliyyatlar başlayarkən sülh razılaşmasını niyə imzalamadıqlarını açıqlayıb.

O bildirib ki, səbəb həmin razılaşmanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılmasını nəzərdə tutması olub: “Biz isə bu addımı ona görə atmadıq ki, inanırdıq ki, elə edəcəyik, atəşkəs imzalamaqda maraqlı olmayaq, bunu düşmənin boynuna qoyaq, onu buna məcbur edək. Təəssüf ki, bu, baş vermədi”/APA

Paşinyan daha sonra bildirib: “Öz adıma və hamımız adına çətin, çox çətin qərar qəbul etdim. Rusiya və Azərbaycan prezidentləri ilə saat 01:00-da Qarabağ müharibəsinə son qoyulması ilə bağlı bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni şəxsən mənim üçün və xalqımız üçün sözlə ifadə edilməyəcək dərəcədə ağrılıdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA