"Yerevanda talançılardan bəziləri Qarabağda öz mövqelərini qoyub qaçdılar" - Paşinyan etirazçıları hədələdi

img

10-11-2020 [09:20]


Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Dağlıq Qarabag müharibəsində təslim olmasından sonra paytaxt Yerevanın küçələrində etiraz edənləri divan tutmaqla hədələyib.

Mia.az xəbər verir ki, Paşinyan xalqa müraciətində bildirib ki, Yerevandakı talanların bütün təhrikçiləri ciddi cəzalandırılacaq.

"Yerevanda talançılardan bəziləri Qarabağda idilər, amma nədənsə öz mövqelərini qoydular və oradan qaçdılar. Onların arasında general da var. Rəsmən bildirirəm ki, bütün səbəbkarlar qanunun sərt tələbləri ilə cəzalandırılacaq", - Baş nazir deyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA