QARABAĞDA SAVAŞ BİTDİ: İlham Əliyev, Putin və Paşinyan birgə bəyanat imzaladı - Ermənilər qalan 3 rayonu dekabradək boşaldır + DETALLAR
10-11-2020 [07:03]
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında döyüş əməliyyatlarının dayandırılması haqqında bəyanat imzalanıb.
Mia.az AZƏRTAC-a istinadla bəyanatın mətnini təqdim edir:
***
Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:
1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.
2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.
3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.
5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.
6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.
Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.
7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.
8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.
9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.
Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.
10 noyabr 2020-ci il.
Azərbaycan Respublikasının Prezidenti
Ermənistan Respublikasının baş naziri
Rusiya Federasiyasının Prezidenti
***
"Əziz həmvətənlər bu bəyanatın tarixi əhəmiyyəti var. Bu bəyanat videokonfrans formatında imzalanıb. Bəyanat 3 ölkə tərəfindən imzalanmalı idi. Lakin son anda Ermənistanın baş naziri bəyanatı imzalamaqdan imtina etdi. Buna görə görə də bəyanatı mən və Rusiya Prezidenti imzaladıq. Rusiya və Ermənistanın dövlət başçıları bu sənədi imzalayacaqlar. Paşinyanın bu hərəkəti başa düşüləndir. Paşinyan onsuz da bu bəyanatı imzalayacaq. Bu bəyanat bizim şanlı qələbəmizdir".
Mia.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.
Dövlət başçısı qeyd edib ki, Şuşa və noyabrın 9-da 72 yaşayış məntəqəsinin işğaldan azad edilməsi Ermənistan ordusunun belini qırıb: "Bu bəyanat uzun illər davam edən işğala son qoyur".
***
"Digər önəmli məsələ, xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki birbaşa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim şadam ki, qəbul olundu".
Mia.az xəbər verir ki, bu sözləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirib.
Dövlət başçısı: "Beləliklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Çünki mənfur düşmən 1990-cı illərin əvvəllərində və ondan da bir qədər əvvəl Naxçıvanı faktiki olaraq mühasirəyə almışdı. Bütün kommunikasiya xətləri kəsildi, - çünki o vaxt Azərbaycanın əsas hissəsindən oraya enerji resursları ötürülürdü, - faktiki olaraq Naxçıvan Muxtar Respublikası çox ağır vəziyyətdə qalmışdı. Eyni zamanda, Ermənistan ərazisindən oraya hücumlar da edilirdi. Dəfələrlə demişəm, məhz ulu öndər Heydər Əliyevin cəsarəti və fəaliyyəti nəticəsində Naxçıvan işğal altına düşmədi. Erməni vandallarının belə planları da var idi.
Ona görə bu bəndi xüsusilə qeyd etmək istərdim və əziz naxçıvanlıları da bu hadisə münasibətilə təbrik etmək istərdim. Bildirməliyəm ki, naxçıvanlılar da ikinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər. İndi müharibə başa çatır, bu günə qədər açıqlanmayan bəzi məsələlər də üzə çıxacaq və hər kəs biləcək ki, başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər".
****
03:05
Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin videokonfrans formatında görüşüblər.
Mia.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin dedi:
- Axşamınız xeyir, hörmətli İlham Heydər oğlu.
Prezident İlham Əliyev: Axşamınız xeyir, Vladimir Vladimiroviç.
Prezident Vladimir Putin: Bu gün biz sizinlə Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatını imzalayırıq.
Mən çox ümid edirəm ki, bizim birgə bəyanatımızda şərh edilmiş bu qərar nəinki Ermənistan ilə Azərbaycan arasında çoxillik qarşıdurmaya son qoyacaq, bu torpaqlarda qan tökülməsinə son qoyacaq, həm də bizim bugünkü bəyanatda təsbit etdiyimiz razılaşmalara etibarlı nəzarət mexanizmi yaradacaq, ən başlıcası, uzunmüddətli tarixi perspektiv üçün, regionda münasibətlərin, ilk növbədə, həm Azərbaycan, həm də erməni xalqlarının mənafeyi naminə Azərbaycan Respublikası ilə Ermənistan arasında dostluq münasibətlərinin inkişafı üçün əlverişli şərait yaradacaq. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun, hörmətli Vladimir Vladimiroviç. Mən öz tərəfimdən demək istərdim ki, bu gün Ermənistan ilə Azərbaycan arasında çoxillik münaqişənin nizamlanması işinə nöqtə qoyulur, Azərbaycan torpaqlarının işğalına son qoyulur və saatlarla, ümumiyyətlə desək, günlərlə vaxt sərf edib mühüm mövqeləri razılaşdırmaq yolu ilə nizamlamaya nail olduq ki, mənim fikrimcə həm Azərbaycanın, həm də Ermənistanın və region ölkələrinin xalqlarının mənafelərinə cavab verir. Deməliyəm ki, indi bizim gördüyümüz münaqişənin hərbi-siyasi nizamlanması əminəm ki, regionumuzda uzunmüddətli sülhə, həmrəyliyə gətirib çıxaracaq, qarşıdurmaya və qan tökülməsinə son qoyacaq.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bizim regionda, Avrasiya məkanında ən uzunmüddətli münaqişələrdən biridir və bu gün həmin münaqişənin sona yaxınlaşması tarixi hadisədir, ilk növbədə, çoxillik işğaldan azad olan Azərbaycan xalqı üçün tarixi hadisədir. Bu, həm də beynəlxalq hüququn norma və prinsiplərinin təntənəsi, BMT Təhlükəsizlik Şurasının əfsuslar olsun ki, uzun müddət kağız üzərində qalmış qətnamələrinin implementasiyasıdır.
Vladimir Vladimiroviç, Sizə həm əvvəlki illərdə və xüsusən münaqişənin qaynar fazası dövründə fəal iştirakınıza görə təşəkkürümü bildirmək istərdim. Bu gün üç ölkə rəhbərinin bu sənədi imzalaması bu münaqişənin nizamlanmasında Rusiya Federasiyasının xüsusi roluna dəlalət edir. Əminəm ki, regionda gələcək fəaliyyətdə, o cümlədən münaqişənin nəticələrinin aradan qaldırılması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün Rusiya Federasiyasının rolu sanballı olacaq. Bu gün Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana da münaqişənin siyasi yolla nizamlanması işində fəal iştirakına görə təşəkkürmü bildirmək istərdim. Bugünkü bəyanatın bəndlərindən biri Rusiya ilə Türkiyənin birgə sülhməramlı missiyasıdır. Beləliklə, biz regionda təkcə münaqişənin nizamlanması çərçivəsində deyil, həm də gələcək inkişaf üçün qarşılıqlı fəaliyyətin tamamilə yeni formatını yaradırıq. Buna görə də bəndlərdən biri də bütün nəqliyyat kommunikasiyalarının açılmasıdır. Bu, bütün region ölkələrinin xeyrinə olacaq. Ona görə də bu gün mən bu sənədi sevinc hissi ilə, qürur hissi ilə imzalayıram və bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını təbrik etmək istərdim. Sağ olun.
Prezident Vladimir Putin: Mənim fikrimcə, dediyim kimi, bu, həqiqətən həm erməni, həm də Azərbaycan xalqlarının xeyrinə və onların mənafeyi naminədir. Rusiya öz tərəfindən əlindən gələni edəcək ki, üç tərəf arasında danışıqların gedişində əldə edilmiş mövqelər, bu gün bizim imzaladığımız bəyanat hamısı icra olunsun. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun, Vladimir Vladimiroviç. İmzalamaya başlayaq.
Prezident Vladimir Putin: Bəli.
Prezident İlham Əliyev və Prezident Vladimir Putin bəyanatı imzaladılar.
Prezident Vladimir Putin: Sizə təşəkkür edirəm, İlham Heydər oğlu.
Prezident İlham Əliyev: Çox sağ olun, Vladimir Vladimiroviç.
Prezident Vladimir Putin: Bu ərazilərdə yaşayan bütün insanlara, bütün xalqlara ən xoş arzularımı bildirirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, sizinlə biz xeyirxah iş gördük və bu regiondakı bütün ölkələr arasında münasibətlərin durmadan inkişafı, bu ərazilərdə yaşayan insanların, Azərbaycan və erməni xalqlarının rifahı üçün yaxşı baza şəraiti yaratdıq. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Bir daha sağ olun, Vladimir Vladimiroviç. Sizin şəxsi iştirakınıza görə təşəkkür edirəm və əminəm ki, bu gün baş verənlər Rusiya, Azərbaycan və Ermənistan xalqlarının tarixində çox mühüm tarixi gün kimi qalacaq. Bir daha sağ olun.
Prezident Vladimir Putin: Sağ olun.
Prezident İlham Əliyev: Çox sağ olun.
Prezident Vladimir Putin: Xudahafiz.
Prezident İlham Əliyev: Xudahafiz.
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
HƏBS TƏHLÜKƏSİNDƏ OLAN ŞƏXSƏ AHİK-in QAPSI NECƏ AÇILDI? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)
Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO