"Azərbaycan əsgəri bir əlində silah, bir əlində bayraqla növbəti hədəfə doğru irəliləyir" - MN rəsmisi

img

09-11-2020 [18:11]


"Mənəvi-psixoloji vəziyyəti və maddi-texniki təminatı yüksək səviyyədə olan Azərbaycan əsgəri bir əlində silah, bir əlində bayraqla növbəti hədəfə doğru irəliləyir".

Mia.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bugünki brifinqdə deyib.

O bildirib ki, Azərbaycan Ordusu cəsarəti və döyüş ruhunu müzəffər Ali Baş Komandan və sarsılmaz xalqımızdan alır: "Hazırda Xocavənd istiqamətində hücumu genişləndirən Azərbaycan Ordusu əməliyyat şəraitini nəzərdə saxlamaqla döyüşləri böyük ruh yüksəkliyi və mətinliklə davam etdirir. Qələbə bizimlədir!".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA