Azərbaycanda daha 635 nəfər koronavirusa yoluxub, 12 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

09-11-2020 [17:33]


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 635 yeni yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 66 046 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 49 411 nəfər müalicə olunaraq sağalıb, 852 nəfər vəfat edib, aktiv xəstə sayı 15 783 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 355 , ötən müddət ərzində isə ümumilikdə 1 447 585 test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA