Ermənilər Qarabağdan Yerevana silah daşıyır

img

09-11-2020 [16:00]


Ermənistanın Vardenis (Göyçə) rayonunun polis əməkdaşları Azərbaycanın Qarabağ bölgəsinin işğal altında olan qismindən qanunsuz silah aparanları saxlayıb.

Məlumatı “Aysor” yayıb.

Bildirilib ki, Qarabağdan Vardenisə gedən avtomobildən qumbara, güllə və tüfəng aşkar edilərək müsadirə olunub.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Qarabağdan Ermənistan vətəndaşlarının silah-sursat daşıdıqları ilə bağlı əvvəlcədən xəbərdarlıq edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA