"Siz hesab edirsiniz ki, insanların bu haqları yoxdur?" - İlham Əliyevlə BBC-nin jurnalisti arasında maraqlı sual-cavab oldu
09-11-2020 [12:27]
"Siz hesab edirsiniz ki, insanların bu haqları yoxdur? Nəyə görə siz Azərbaycanda insanların azad mediaya və müxalifətə malik olmadığını düşünürsünüz?"
Mia.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində jurnalistin "- Onların Azərbaycanda insanların eşitdiyi, lakin malik olmadığı bütün insan haqları olacaqmı? Onların tamamilə azad mediası olacaqmı? Onların səsini qaldırmağa icazəsi olan müxalifəti olacaqmı? Onlar burada, Azərbaycanda insanların malik olmadığı şeylərə malik olacaqmı?" sualına cavabında deyib:
Jurnalist daha sonra növbəti sualını verib:
- Çünki mənə bu barədə müstəqil mənbələrdən məlumat veriblər.
- Hansı müstəqil mənbələrdən?
- Bir çox müstəqil mənbələrdən.
- Deyin mənə, hansılardır?
- Əlbəttə ki, mən onların adlarını çəkə bilmərəm.
- Əgər siz onların adlarını deyə bilmirsinizsə, bu, o deməkdir ki, siz bir hekayə uydurursunuz.
- Siz deyirsiniz ki, media dövlət nəzarəti altında deyil?
- Xeyr. Əsla yox.
- Fəal azad müxalif media var?
- Əlbəttə ki.
- Mən bunu harada görə bilərəm?
- Siz bunu internetdə görə bilərsiniz. Siz bunu hər yerdə görə bilərsiniz.
- Qəzetlərdə yox.
- Niyə? Siz bunu qəzetlərdə görə bilərsiniz. Sizdən soruşa bilərəmmi, siz burada kimi müxalifət adlandırırsınız?
- Burada müxalifətin olmasına icazə varmı?
- Bəli, icazə var.
- QHT-lər təqiblərə məruz qalır, jurnalistlər təqiblərə məruz qalır.
- Xeyr, əsla.
- Tənqidçilər həbsxanadadır.
- Xeyr, əsla.
- Bunların heç biri həqiqət deyil?
- Tamamilə feykdir. Tamamilə. Bizim azad mediamız var. Bizim azad internetimiz var. İndi hərbi vəziyyətə görə bizim bəzi məhdudiyyətlərimiz var, lakin əvvəllər heç bir məhdudiyyət yox idi. Azərbaycanda internet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Siz internetin azad olduğu, senzuranın olmadığı və 80 faiz internet istifadəçilərinin olduğu bir ölkədə medianın məhdudlaşdırılmasını təsəvvürünüzə gətirə bilərsiniz? Bizim “Facebook”da milyonlarla insanımız var. Bizdə azad medianın olmadığını necə deyə bilərsiniz? Bu, yenə də qərəzli yanaşmadır. Bu, Qərb auditoriyasında Azərbaycan haqqında bir fikir formalaşdırmaq cəhdidir. Bizim müxalifətimiz var, bizim QHT-lərimiz var. Bizdə azad siyasi fəaliyyət var. Bizdə azad media var. Bizdə söz azadlığı var. Əgər siz bu sualı qaldırdınızsa, mən də sizə bir sual verə bilərəmmi? Siz cənab Assanjla baş verənləri necə qiymətləndirirsiniz? Bu sizin ölkədə azad mətbuatın təzahürüdür?
- Biz burada mənim ölkəmi müzakirə etmək üçün deyilik.
- Xeyr, gəlin müzakirə edək. Gəlin, müzakirə edək.
- Yox, Prezident Əliyev.
- Ermənilərin burada azad mətbuatının olmayacağı ilə bağlı məni ittiham etmək əvəzinə, gəlin, Assanj barədə danışaq. Bağışlayın, o, Ekvador səfirliyində neçə il keçirdi və nəyə görə? O, indi haradadır? Jurnalist fəaliyyətinə görə siz həmin şəxsi girov saxladınız, əslində, mənəvi və fiziki olaraq onu öldürdünüz. Bunu siz etmisiniz, biz yox. İndi o həbsxanadadır. Siz bu işlərlə məşğul olduğunuz halda, sizin azad mətbuat haqqında danışmağa mənəvi haqqınız yoxdur.
- Münaqişəyə qayıdaraq...
- Bəli, yaxşı olardı ki, münaqişəyə qayıdasınız, çünki bu sizin xoşunuza gəlmir. Sizin xoşunuza yalnız ittiham etmək, hücum etmək gəlir. Amma güzgüyə baxın. Mən dəfələrlə demişəm, buraya gəlməmişdən və bizə mühazirə oxumaqdan əvvəl baxın. Siz sualınızla məni ittiham edirsiniz. Bu, sual deyil, bu, ittihamdır. Siz prokuror kimi danışırsınız. Niyə? Əgər siz bu qədər demokratik və obyektivsinizsə, nəyə görə Assanjı həbsxanada saxlayırsınız? Nə üçün? Siz onu jurnalist fəaliyyətinə görə həbsxanada saxlayırsınız.
- Mən onu həbsxanada saxlamıram, Prezident Əliyev.
- Bu, sizin xoşunuza gəlmir.
- Bu, xoşa gəlmək məsələsi deyil.
- Siz buna öyrəşməmisiniz.
- Bu, bizim müsahibənin mövzusu deyil.
- Çünki siz ancaq hücum etməyə adət etmisiniz.
- Bu, bizim müsahibənin mövzusu deyil.
- Bu, müsahibənin mövzusu deyil, amma siz bunu qaldırırsınız.
- Siz bu məsələni qaldırdınız.
- Xeyr, siz qaldırdınız.
- Siz Asanj məsələsini qeyd etdiniz.
- Siz dediniz ki, əgər ölkənizdə azad media yoxdursa, ermənilər müxalifətsiz sizin ölkədə necə yaşaya bilərlər? Bu, sizin sözlərinizdir, ittihamdır.
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
HƏBS TƏHLÜKƏSİNDƏ OLAN ŞƏXSƏ AHİK-in QAPSI NECƏ AÇILDI? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)
Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO