Düşmən Ağdamı atəşə tutur - 7 evə ziyan dəyib

img

08-11-2020 [17:39]


Cəbhədə gərgin döyüşlər davam edir.

Məlumata görə, noyabrın 8-i saat 16:30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdamın rayon ərazisini atəşə tutur. Nəticədə 7 evə ziyan dəyib.

Düşmən rayon rayon ərazisinə gün ərzində ümumilikdə 130-dan çox top mərmisi atıb. Üç mülki ev tamamilə dağılıb, 20-yə yaxın evə isə ziyan dəyib.

Bundan başqa, Ağdam rayonu, Üçoğlan kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Əhmədli Məhəmməd Xanlar oğlu xəsarət alıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA