Düşmən Ağdamı atəşə tutub, evə və mağazaya ziyan dəyib

img

08-11-2020 [11:50]


Cəbhədə gərgin döyüşlər davam edir.

Məlumata görə, noyabrın 8-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun Xındırıstan kəndini atəşə tutub.

Düşmən yenə də dinc sakinləri hədəfə alıb. Belə ki, ermənilərin növbəti dəfə atdığı top mərmilərindən biri Xındırıstan kənd sakini Elmaz Eyvazovun mağazasına, digəri isə kənd sakini Bəhruz Cəfərovun evinə düşüb.

Nəticədə mağazaya, evə və “BMW” markalı avtomobilə ciddi ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA