ƏRDOĞAN PUTİNLƏ QARABAĞDAKI VƏZİYYƏTİ MÜZAKİRƏ ETDİ:  "Münaqişəyə qəti qərarla son qoymaq və regionda..."

img

08-11-2020 [00:08]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə liderinin dəftərxanası məlumat yayıb.

Məlumata görə, dövlət başçıları Dağlıq Qarabağda yaranan vəziyyəti müzakirə ediblər.

Ərdoğan Ermənistan silahlı birləşmələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması zəruriliyini bildirib. Türkiyənin dövlət başçısı qeyd edib ki, Azərbaycanın əks-hücum əməliyyatı onun öz ərazisi ilə məhdudlaşır.

Ərdoğan vurğulayıb ki, Ermənistan administrasiyasını sağlam düşüncə ilə danışıqlar masasına əyləşməyə inandırmaq lazımdır. Türkiyə liderinin sözlərinə görə, bu, münaqişəyə qəti qərarla son qoymaq və regionda vəziyyəti sabitləşdirmək üçün son dərəcə əhəmiyyətlidir.

Ərdoğanla Putinin danışıqlarından az sonra Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında da telefon danışığı olub.

Mia.az xəbər verir ki, bu barədə "TASS"a Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə xəbər verib. Məlumata əsasən, tərəflər telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA