MN-dən xəbərdarlıq: "Düşmən bilməlidir ki, nə əcnəbi döyüşçülər, nə də könüllü dəstələr Azərbaycan əsgərini durdura bilməz" 

img

07-11-2020 [18:15]


"Zəngilanda və işğaldan azad edilmiş digər ərazilərə baxış zamanı əldə olunan materiallardan sübut edilib ki, Azərbaycan Ordusu yalnız Ermənistan silahlı qüvvələri ilə deyil, həm də muzdlu əcnəbilərdən ibarət hərbi qruplaşmalarla mübarizə aparır".

Mia.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

Onun sözlərinə görə, düşmən bilməlidir ki, nə əcnəbi döyüşçülər, nə də hansısa könüllü dəstələr Azərbaycan əsgərini durdura bilməz: "Həyatda qalmaq üçün onların bir yolu var: vaxt itirmədən silahı yerə qoyaraq döyüş meydanını tərk etmək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA