Azərbaycanın Ukraynadakı konsulluğuna silahlı hücum: bina atəşə tutulub - FOTOLAR

img

07-11-2020 [12:07]


Noyabrın 7-si gecə saatlarında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğu silahlı hücuma məruz qalıb.

Konsulluqdan verilən məlumata görə, binaya 6 əl atəş açılıb.

Bildirilib ki, hücum zamanı ofisdə heç kəs olmasa da, pəncərə və giriş qapısı zədələnib.

Mühafizə kameraları səsboğucu tapançadan istifadə edən iki gənci qeydə alıb.

Faktla bağlı cinayət işi başlanılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA