Erməni general-mayorunun məhv edildiyi xəbəri yayıldı

img

06-11-2020 [17:39]


Cəbhənin Xocavənd istiqamətindəki qanlı döyüşlər zamanı daha bir yüksək rütbəli separatçı, general-mayor Norayr Mirzoyan məhv edildiyi xəbəri yayılıb.

Hərbi mənbələrdən virtualaz.org-a verilən məlumata görə, Mirzoyanla birlikdə onu müşayiət edən daha iki hərbçi zərərsizləşdirilib.

Qəribədir ki, özünü qondarma rejimin "Milli Təhlükəsizlik Xidmətinin (SNB) müdir müavini” kimi təqdim edən polkovnik N. Mirzoyan cəmi bir neçə gün əvvəl general-mayor rütbəsi almışdı.

3 noyabrda “Milli Təhlükəsizlik Xidmətinin direktoru”, general-leytenant Kamo Aqacanyan döyüş mövqelərini gəzərək N.Mirzoyana general-mayor poqonunu vermişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA