ÜST-dən xəbərdarlıq: "Dünya yeni pandemiyaya hazırlaşmalıdır"

img

06-11-2020 [13:59]


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəşəriyyətin yeni pandemiyaya hazırlaşmalı olduğunu hesab edir. Qurum bu məsələni noyabrın 9-da lekonfrans formatında keçiriləcək Ümumdünya Sağlamlıq Assambleyasının 73-cü illik sessiyasının əsas mövzulardan biri kimi görür.

Bu barədə TASS ÜST-nin bəyanatına istinadən məlumat verib.

ÜST-nin forumdan əvvəl Cenevrədə yayımladığı bəyanatda qeyd edib ki, dünya ictimaiyyəti artıq indidən yeni pandemiyaya hazırlaşmalıdır.

“Son bir ildə fövqəladə vəziyyətə hazırlıq üzrə güclü səhiyyə infrastrukturu olan ölkələrin SARS-CoV-2 virusunun yayılmasının qarşısının alınması və onun nəzarətə götürülməsi məqsədi ilə sürətli hərəkət edə bildiklərini gördük”, - təşkilatdan bildiriblər.

ÜST dünya birliyinin elm və həmrəylik sayəsində COVID-19-u məğlub edə biləcəyinə inanır.

“Koronavirus pandemiyası qlobal böhran olsa da, bir çox dövlətlər və şəhərlər hərtərəfli və faktlara əsaslanan yanaşma yolu ilə uğurla yoluxmanın qarşısını alın və onu nəzarətə götürüb”, - bəyanatda deyilir.

ÜST bu baxımdan dünyanın peyvəndin, diaqnostik və terapevtik vasitələrin hazırlanmasını sürətləndirmək planı ətrafında birləşdiyini xatırladıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA