Azərbaycanda daha 1364 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

05-11-2020 [15:39]


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 364 yeni yoluxma faktı qeydə alınıb, 768 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib: "İndiyədək ümumilikdə 60 873 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 46 465 nəfər müalicə olunaraq sağalıb, 794 nəfər vəfat edib, aktiv xəstə sayı 13 614 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 290, ötən müddət ərzində isə ümumilikdə 1 404 543 test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA