Tramp: “Ali məhkəmə vasitəsi ilə seçkidə qələbə qazandığımı sübut edəcəyəm”

img

04-11-2020 [11:47]


“Biz hər yerdə qalib gəldik, biz tamamilə qalib gəldik”.

Bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd, ABŞ-ın hazırkı prezidenti Donald Tramp səsvermədən sonra seçicilərinə müraciətində bildirib.

“Biz hər yerdə qalib gəlmişik. Ancaq bugünkü nəticələr çox fenomenaldır. Texas, Corciya, Şimali Karloina, Pensilvaniya və başqa ştatlarda qələbə qazandıq. Mən Baydenin qələbə qazanmasından şübhələnirəm”,- Donald Tramp vurğulayıb.

O, çıxışında məhkəməyə müraciət edəcəklərini də qeyd edib: “Ali məhkəmə vasitəsi ilə seçkidə qələbə qazandığımı sübut edəcəyəm”.

Donald Tramp çıxış edən zaman 213, onun rəqibi Cozef Bayden isə 225 səs qazanıb. Bu Baydenin qələbəsi üçün kifayət edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA