"Qələbəmi oğurlamağa çalışırlar" - Tramp və Baydendən ilk seçki açıqlamaları

img

04-11-2020 [10:31]


“Biz qələbəyə yaxınıq. Hər səs sayılacaq. Biz nəticədən razıyıq”.

Bunu ABŞ prezidentliyinə Demokratik Partiyadan namizəd Cozef Bayden seçicilər qarşısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, səslərin sayılması bir az gecikə bilər. Cozef Bayden səsvermənin nəticələrinin noyabrın 4-də yerli vaxtla səhər saatlarında məlum olacağını bildirib. Bununla belə demokrat namizəd nikbin ovqatda olduğunu da vurğulayıb.

Respublikaçılar Partiyasının namizədi, hazırkı Prezident Donald Tramp isə seçkidə qələbəsini oğrulamağa cəhd edildiyini söyləyib: “Biz buna imkan verməyəcəyik”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA