Əli Əsədov Giorgi Qaxariyaya məktub göndərib

img

02-11-2020 [15:14]


Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov noyabrın 2-də Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Mia.az-a verilən məıumata görə, Baş Nazir Əli Əsədov Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə Baş Nazir Giorgi Qaxariyanı təbrik edib.

Bu qələbənin hakim partiyanın uğurlu siyasətinə dost Gürcüstan xalqı tərəfindən verilən yüksək qiymətin təcəssümü olduğu vurğulanıb, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına bundan sonra da töhfə verəcəyinə əminlik idafə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA