Azərbaycanda daha 596 nəfər koronavirusa yoluxub, 19 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

02-11-2020 [15:06]


Azərbaycanda bu gün koronavirus infeksiyasına 596 yeni yoluxma faktı qeydə alınıb, 322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, son sutkada 13 nəfər COVID-19-dan vəfat edib: "Hazırkı dövrədək ölkəmizdə 57 min 040 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 44 min 479 nəfər müalicə olunaraq sağalıb, 753 nəfər vəfat edib. Aktiv xəstə sayı 11 808 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 368 min 620 test aparılıb. Bugünkü test sayı isə 5 081-dir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA