Prezident İlham Əliyev Gürcüstanın Baş Nazirinə zəng etdi: nələr müzakirə olunub?

img

01-11-2020 [16:32]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya telefonla zəng edib.

Mia.az xəbər verir ki, dövlətimizin başçısı Giorgi Qaxariyanı hakim “Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.

Gürcüstanın Baş Naziri təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin gələcək perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA