Rəsmi Moskva Paşinyanın Putinə yardım müraciətinə belə cavab verdi: "Əgər qarşıdurmalar birbaşa Ermənistan ərazisinə keçərsə..."

img

31-10-2020 [13:15]


Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə müraciəti ilə bağlı bəyanat yayıb.

Rusiya XİN-in Mətbuat xidmətinin məlumatında deyilir:

“Ermənistan Respublikasının Baş Naziri N.Paşinyanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Rusiya Federasiyasının Ermənistan Respublikasının təhlükəsizliyini təmin etmək üçün göstərə biləcəyi yardım növünü və miqdarını müəyyənləşdirmək üçün məsləhətləşmələrə başlamaq istəyi ilə bağlı müraciəti ilə əlaqədar olaraq, Rusiyanın Ermənistana münasibətdə 27 avqust 1997-ci il Müqaviləsində əks olunan müttəfiqlik öhdəliyini bir daha təsdiqləyirik. Müqaviləyə uyğun olaraq Rusiya qarşıdurmalar birbaşa Ermənistan ərazisinə keçərsə, İrəvana lazımı olan bütün köməkləri göstərəcək”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA