Azərbaycan Ordusu Qubadlını atəşə tutan Ermənistanın atəş nöqtələrinə zərbə endirdi - MN-dən düşmənə xəbərdarlıq

img

31-10-2020 [09:19]


Ermənistan Müdafiə Nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb: "Bildiririk ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR