Kamran Əliyev: “Ermənilər azərbaycanlı əsirləri yaxın məsafədən atəş açaraq qətlə yetirib...”

img

30-10-2020 [15:36]


“30 cəsəd birtərəfli qaydada Ermənistan tərəfinə verildi. Ermənistan isə Azərbaycan hərbçilərinin meyitlərini toplamır və vermir”.

Bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Baş prokuror Kamran Əliyev bildirib.

Baş prokuror deyib ki, Ermənistan tərəfindən döyüşlərdə iştirak etmiş və bizdə olan cəsədlərin bir hissəsinə baxış zamanı onların başqa ölkələrin vətəndaşları olduğu müəyyən olunur: “Eyni zamanda, bizim əsirlər və meyitlərə qarşı təhqiramiz davranış göstərildiyi üzə çıxır. Elə hallar olub ki, əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib. Belə faktlar mövcuddur”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA