Heydər Əliyevlə İlham Əliyevin 38 il əvvəl Şuşada çəkilmiş - FOTOsu
30-10-2020 [12:29]
Şanlı Azərbaycan Ordusu 27 ildir düşmən tapdağı altında qalmış doğma torpaqlarımızda uğurlu hərbi əməliyyatlar nəticəsində düşmənə ağır zərbələr vurmaqda davam edir. Bu əməliyyatlar sayəsində yaşayış məntəqələrimiz bir-birinin ardınca işğaldan azad edilir. Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlı… Qələbə əhval-ruhiyyəsinə köklənən Azərbaycan xalqı müzəffər Ordumuzun bu gün-sabah Laçın, ardınca Şuşadan xəbər verəcəyini səbirsizliklə gözləyir.
Mia.az xəbər verir ki, cəbhədəki vəziyyəti nəzərə alan Modern.az saytı “Bir şəklin tarixçəsi” rubrikasında növbəti fotonu təqdim edib.
O foto ki, hamımızın gedə biləcəyimiz günü səbirsizliklə gözlədiyimiz Şuşa şəhərilə bağlıdır.
Zaman 1982-ci il iyul ayının 29-u… Məkan Şuşa şəhəri… Həmin dövrdə Azərbaycan KP MK-nın 1-ci katibi olan Heydər Əliyev bir qrup mədəniyyət və incəsənət xadimi ilə Şuşada keçirilən Vaqif poeziya günlərində iştirak edib. Bu şəkil də tədbir ərəfəsində Şuşa şəhərinin gəzintisi zamanı lentə alınıb.
Həmin tarixi anlarda hazırkı dövlət başçımız, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də Vaqif poeziya günlərinin iştirakçısı kimi gəncliyinin ən mənalı günlərini yaşayaraq, Azərbaycanın dilbər guşəsi olan Şuşanı seyr edənlər arasında olub. Qeyd edək ki, həmin dövrdə İlham Əliyevin 21 yaşı var idi.
Xatırladaq ki, erməni millətçilərinin 1967-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətində, Xankəndi şəhərində törətdikləri məlum cinayətlər zamanı, o dövrdə Azərbaycan DTK-nın sədri olan Heydər Əliyevin qətiyyəti nəticəsində cinayətkar erməni qrup ifşa olunaraq layiqli cəzalarını alıblar. Bu hadisədən sonra, artıq respublikaya rəhbərlik etdiyi dövrdə Heydər Əliyev vilayətə və onun mərkəzi olan Xankəndi şəhərinə xüsusi diqqət ayırıb.
Təsadüfi deyil ki, 1973-cü ildə vilayətin yaranmasının 50 illik yubiley tədbiri ilə Xankəndi şəhərində keçirilən iclasda – bayram tədbirində Heydər Əliyev bir daha öz qətiyyətini nümayiş etdirərək yersiz torpaq iddiaları olan ermənilərə bir cümlə ilə fikrini bildirib:
“Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın ayrılmaz hissəsidir və ayrılmaz hissəsi olaraq qalacaq…”.
Bununla da, millətçi ermənilər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə planlarını həyata keçirə bilməyiblər. Heydər Əliyevin təşəbbüsü ilə bir çox tədbirlərin vilayətdə keçirilməsi, xüsusilə də görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin məhz Qarabağda təşkil olunması, müxtəlif konfrans və festivalların bu məkana salınması ermənilər üçün arzuolunmaz hal idi.
“Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyimiz fotoşəkil də buna əyani sübutdur.
Bu şəklin yeniləşəcəyi günə, Şuşanın çal-çağıırlı çağlarına yenidən qovuşacağımız vaxta çox qalmayıb. Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan ordusunun gündən-günə artan qüdrəti bunu deməyə tam əsas verir…
Pezeşkian daha iki ölkə lideriylə danışdı, Trampa çağırış etdi: "Biz şərəfli razılaşma istəyirik"
Türkiyənin Tüpraş neft emalı zavodunda partlayış baş verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa Liqası: "Fənərbağça" - FCSB komandalarnın 11-liyə bəlli oldu
Ceyhun Bayramov İran XİN başçısı ilə danışdı: "Hava məkanı və ya ərazimizdən İrana qarşı istifadəyə icazə verilməyəcək"
"Yuventus" türk klubunun daha bir hücumçusuna "göz qoydu"
Paşinyan: "Çox böyük potensialımız var, enerji sistemimizi Azərbaycan və Türkiyənin..." - "Əgər Rusiya istəməsə...."
TEHRANIN ABŞ-a MÜQAVİMƏTİ: "Əlimiz tətikdə gözləyirik" deyən İranın hərbi gücü ilə bağlı - ARAŞDIRMA
Avropa İttifaqı SEPAH-ı "Terror siyahısı"na aldı, Tehrana sərt mesaj verdi: "Öz xalqını öldürən rejim sonunu hazırlayır"
"Trobzonspor"un oyunçusu "Gənclərbirliyi"nə keçib
Kristjan Asllani İstanbula gəlir
WUF13:tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
583, 586 əyar və diş qızılı.. - Qiymət Azərbaycanda nə qədər qalxıb?
Nazirlikdə nöqsanlar aşkarlanıb
General rütbəsi verilən gömrükçülər kimlərdir? - FOTOLAR
Tərtərin prokuroru vəzifədən azad olunub
"Beşiktaş"ın prezidenti: "Vəzifəmin başındayam"
“Kapital Bank”ın haqsız faiz siyasəti - İqtisadçı yazır
Ədliyyə Nazirliyi bu QHT-nin ləğvini istəyib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəzər rayonunda üç evdən oğurluq olub
Özü 20 min, müavinləri 15 min, köməkçiləri 10 min manat alan Agentlik sədri... - Mətbuat katibi maaşla bağlı sualdan yayındı
Şadlıq evlərindən baha olan restoranlar: bir nəfərin yeməyi neçədən başlayır? - SİYAHI
Xəzərin sahilində nəhəng beton bünövrələr üzə çıxıb
FİFA Türkiyə klubunu cəzalandırdı - Polşalı qapçıya gərə
ABŞ Səfirliyi “Qarabağ”ı təbrik edib
HƏBS TƏHLÜKƏSİNDƏ OLAN ŞƏXSƏ AHİK-in QAPSI NECƏ AÇILDI? - "Birdən-birə niyə belə bir oyuna əl atıldı?"
Almaniya əhalisi azalıb - 2020-ci ildən bəri ilk dəfə...
Əli Əsədov yeni qərar imzalayıb
İranın vitse-prezidenti xalqdan üzr istədi
Bəylər Eyyubovun qardaş oğlu həbsdən buraxılmadı - Məhkəmə prosesi
Masallıda 2 uşaqlı ananın üçəmi də dünyaya gəlib
Regional İdarə rəisi vəzifədən azad olunub
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun iclası keçirilib
Torpaq vergisi bəyannaməsi ilə bağlı müddəti dəyişib
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)
Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO