"Bizim Vaşinqtonla danışıqları yenidən başlatmağa çalışmağımız və ABŞ prezidentiyl görüşmək istədıyimiz barədə qarşı tərəfin açıqlamasın doğru deyil"
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Laricani ABŞ prezident Donald Trampın "Onlar indi mənimlə görüşmək, danışmaq istəyir. Mən də qəbul etdim", - bəyanatına cavabda deyib.
Baş katib "Wall Street Journal"a (WSJ) bildirib ki, əksinə, ABŞ-la danışıqlar aparmayacaqlar.
Lariciani iddia edib ki, Tramp boş xəyallarla bölgəni xaosa sürükləyib: "İndi o, Amerika əsgərlərinin daha çox itkisindən narahatdır. Öz illüziyaları ilə "Amerika Birinci" şüarını "İsrail Birinci" şüarına çevirərək Amerika əsgərlərini İsrailin hakimiyyət ehtirası üçün qurban verib. Tramp Amerika əsgərləri və onların ailələrini yeni yalanlarla bədəli ödəməyə məcbur ediir".
Tahir Şəlvəli
MİA.AZ