"ABŞ-İsrail hücumlarında məktəblər və xəstəxanaların vurur. İran bunlara səssiz qalmayacaq və bu cinayətlərə boyun əyməyəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı İran Prezidenti Məsud Pezeşkian verib.

Onun sözlərinə görə, xəstəxanalara hücumlar həyatın özünə hücumdur: "Məktəblərə hücumlar bir millətin gələcəyinə hücumdur. Xəstələri və uşaqları vurmaq açıq şəkildə humanitar prinsipləri pozur. Dünya bu hücumları qınamalıdır. Xalqımızla bir aradayıq, birik. İran səssiz qalmayacaq və bu cinayətlərə boyun əyməyəcək".

Samir MUSAYEV

MİA.AZ