"Lazım gələrsə, Amerikanın quru qoşunlarını da İrana yeridə bilərəm".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "New York Post" qəzetinə müsahibəsində deyib.
O, müsahibəsində İrana hücuma haqq qazandırıb. Deyib ki, Tehran rejiminin onlarla rəhbər şəxslərini bir zərbə ilə məhv edərək ilk gündən böyük üstünlüyü təmin ediblər: "İrana qarşı quru qoşunlardan istifadəyə gəldikdə, bu da gözardı deyil. Mümkündür. Demirəm ki, quru qoşunlar olmayacaq. Hər şey mümkündür. Lakin düşünürəm k, hazırkı zamanda buna gərək yoxdur. Biz orada yəqin ki, 4-5 həfətəyə məsələni bitirəcəyik. Biz hazırda olduqca sürətlə irəliləyirik. Liderlik baxımından biz xeyli irəlidəyik”.
İranın əks-hücumlarına toxunan Tramp bildirib ki, Tehranın qisas alma cəhdlərindən əsla narahat deyil: “Nə olursa olsun. Hər şey kimi, biz də onların qisas cəhdlərini də aradan qaldıracağıq”.
ABŞ lideri bir daha İranı nüvə silaı əldə etmək cəhdində günahlandırıb: "Onlar nüvə silahı istehsal etmək istəyirdilər, ona görə də onları tamamilə məhv etdik, amma onlar sonradan tamamilə fərqli bir bölgədə nüvə silahını istehsdal etməyə can atırdılar. Biz o yeri tapdıq, Beləliklə, vaxt gəldi. Mən dedim ki, gedək artıq döyüşə...".
O, amerikalıların İrana hücumu dəstəklədiyini də sözlərinə əlavə edib: "Mən dəli insanların nüvə silahı əldə etməsinə icazə verə bilməzdim. Qaldı bu müharibənin ABŞ-dakı aralıq seçkisinə təsirinə və seçki sorğuları haqda iddialara, bu, məni maraqlandırmır. Düzdür, seçki ilə bağlı sosioloji sorğular çox yaxşıdır, amma indi bunlar məni düşündürmür. Mən hazırda düzgün olanı edirəm. Hansı ki, bu, çoxdan olmalı idi".
Samir MUSAYEV
MİA.AZ