"Əgər ABŞ prezidenti Donald Tramp dəli və cinayətkar siyasətini davam etdirərsə, o zaman Üçüncü Dünya Müharibəsi şübhəsiz ki, başlayacaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiyanın keçmiş prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev TASS xəbər agentliyinə müsahibəsində bildirib.

O iddia edib ki, ABŞ İrana hücum etməklə amerikalıları da təhlükəyə atıb: "İndi İranın nüvə silahları hazırlamaq səylərini ikiqat artıracağına şübhə yoxdur. Dediyim kimi, artıq kiçik bir hadisə belə, Üçüncü Dünya Müharibəsinin başlamasına səbəb ola bilər".

Medvedev Avropa İttifaqının İrana qarşı müharibəyə münasibətini də tənqid edib: "ABŞ-ın vassalı kimi davranırlar. Bu, ABŞ və müttəfiqləri tərəfindən qlobal dominantlıqlarını qorumaq üçün aparılan müharibədir. Donuzlar öz yeməklərindən ayrılmaq istəmiirlər"

ABŞ-ın Rusiyadan qorxduğunu da iddia edən sabiq prezidentin sözlərinə görə, nüvə münaqişəsi təhlükəsi günü-gündən  artır...

Samir MUSAYEV

MİA.AZ