İran ABŞ-a məxsus bir neçə qırıcını vurub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Küveyt ordusu təsdiqləyib.

Bildirilib ki, "Məğlubedilməz" ləqəbli ABŞ-ın F-15 markalı daha bir qırıcı təyyarəsi bu gün Küveyt səmasında vurulub.

Məlumata görə, vurulan təyyarənin pilotu xilas olub.

Lakin havada alovlanan təyyarə  Küveyt ərazisinə düşərək parça-parça olub.

Küveyt ordusu daha bir neçə qırıcının vurulmasını da etiraf edib: "Təəssüf ki, bir neçə qırıcı da vurulub..."

İran təyyarənin İran hava hücumundan müdafiə elementləri tərəfindən vurulduğunu açıqlayıb.

Küveyt mediası isə bu gün vurulan təyyərənin və xilas olunan pilotun görüntülərini yayıb. Görüntüdə xilas olan pilota yerli əhalinin kobud rəəftarı da yer alıb.

Samir MUSAYEV

MİA.AZ