Mərhum jurnalist Elçin Səlcuqla bağlı dərgı hazırlanacaq

img

07-01-2010 [04:16]


Mərhum jurnalist Elçin Səlcuqun xatirəsinə xüsusi dərgi hazırlanır. Bu təşəbbüslə çıxış edən ?Azadlıq? qəzetinin redaktoru Rövşən Hacıbəyli ?Media forum?a deyib ki, dərgidə Elçin Səlcuqun ölümündən sonra qələm alınmış vida yazıları yer alacaq: ?Fikrimiz var ki, Elçinin ?Azadlıq? qəzetində getmiş ilk yazısını və ölümündən az əvvəl başqa bir nəşrdə çıxmış son yazısını da dərgiyə daxil edək?. Elçin Səlcuq ötən il dekabrın 17-də 45 yaşında vəfat edib. 1990-97-ci illərdə ?Azadlıq? qəzetində, 1997-98-ci illərdə ?525-ci qəzet?də çalışıb. 1998-2001-ci illərdə ?Detektiv? qəzetinin baş redaktoru olub. Daha sonra ?Proloq? ədəbi həftəliyində çalışıb. Son illər müstəqil köşə yazarı kimi fəaliyyət göstərirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR