Tərtərə son gündə 400 mərmi atılıb, 10-dan çox evə və məktəbə ziyan dəyib

img

14-10-2020 [17:52]


Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhər və ətraf kəndləri atəşə tutmaqda davam edir.

Məlumata görə, oktyabrın 14-də düşmən tərəfindən rayon ərazisinə 400-ə yaxın mərmi atılıb.

Nəticədə 1 mülki şəxs ölüb, 9 nəfər yaralanıb. Həmçinin AZTV-nin çəkiliş qrupu Tərtərin Düyərli kəndində olarkən yaxınlıqlarına düşmən tərəfindən top mərmiləri atılıb. Nəticədə AZTV-nin sürücüsü Namiq Qəmbərov xəsarət alıb.

Gün ərzində Tərtər rayon ərazisinə düşən top mərmiləri nəticəsində 10-dan çox mülki evə və Düyərli kənd tam orta məktəbinə ziyan dəyib.

Sentyabrın 27-dən oktyabrın 14-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atılan top mərmiləri nəticəsində ümumilikdə Tərtər rayonunda 10 nəfər ölüb, 49 nəfər yaralanıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA