"Bu günə qədər metroda heç bir şübhəli hal aşkarlanmayıb" - Bakı polisi açıqlama yaydı

img

15-10-2020 [12:30]


"Bakı polisi bu günə qədər metroda heç bir şübhəli hal aşkarlamayıb".

Mia.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, hazırda metroda təhlükəsizlik ən müasir üsullarla təmin edilir: "Qatarlarda və vestibülllərdə xidmət aparan əməkdaşlarımızla yanaşı, müasir informasiya texnologiyaları var ki, mövcud qaydalara riayət etməyən şəxsləri müəyyən edir, onlar barəsində aidiyyəti üzrə tədbirlər görülür".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA