Onlara yeni vəzifələr verildi - "Azəriqaz"da dəyişiklik

img

11-09-2020 [11:19]


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində kadr islahatları aparılmaqla bəzi rəhbər şəxslərin iş yerləri dəyişdirilib.

“Azəriqaz”dan Mia..az-a verilən məlumata görə, Fariz Məmmədov Gəncə Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi, Xaliq Namazov Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Gəncə Regional qaz istismarı İdarəsinin rəisi, Hüseyn Şirinov Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi, Namiq Məmmədov Ağsu Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Salyan Regional qaz istismarı İdarəsinin rəisi, Osman Behbudov isə Salyan Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilməklə Ağsu Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsinə təyin ediliblər: "Artıq bu barədə müvafiq əmrlər imzalanıb və aparılan bu islahatlar regionlar üzrə idarəetmə mexanizminin daha da təkmilləşdirilməsinə xidmət edəcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA