"Xalqbank"ı Bəylər Əyyubovla nə bağlayır? - VİDEO, FOTO

img

03-02-2026 [09:21]


General Bəylər Eyyubovun qohumlarının son aylar həbsi və ya vəzifədən azad olunması istər-istəməz diqqəti onun yaxın ətrafına, o cümlədən biznes sahələrinə yönəldir.

Mia.az xəbər verir ki, Əyyubovun qardaşı oğlu Ruslan Eyyubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılması, digər qardaşı oğlunun isə Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi Həsən Eyyubovun postundan uzaqlaşdırılmasından sonra onun yaxın ətrafında narahatlıq yaranıb.

Məlumata görə, Bəylər Əyyubovun çətiri altında olan "Xalq Bank"la bağlı da sosial mediada maraqlı iddialar yayılır.

Məsələn, jurnalist Ödar Qani TikTok-dakı səhifəsində "Xalqbank"la bağlı diqqətçəkən videoşərh paylaşıb. O, bankın Bəylər Əyyubova bağlı olmasını son aylarda baş verənlərin kontekstindən şərh edib  (Onun TikTok-dakı videoşərhini aşağıda izləyə bilərsiniz).

Mia.az-ın əldə etdiyi məlumata görə, bankda az qala xadimənin işə götürülməsinə kimi ən xırda detallara qədər nüfuz edən Müşahidə Şurasının sədri Asim Mahmud oğlu Məmmədli əsas söz sahibidir. O, hətta İdarə heyətinin sədri, Baş icraçı direktor Kamran Məcidovun fikirlərini dinləsə də, əsas qərarları təkbaşına və bəzi hallarda isə məsləhətsiz verir:

"Son həftələr isə Əyyubovların ətrafında yaşanan proseslər 2004-də yaradılmış banka faktiki və rəsmi rəhbərlik üçün təqdimatı verilmiş (təqdimat verən şəxs haqda ayrıca xəbərimiz olacaq - Mia.az) Asim Məmmədlini, əlbəttə ki, düşündürməyə bilməz...".

Maraqlıdır, bankın təqdmatında "Hal-hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biri olan Xalq Bank, öz müştərilərinə ən qabaqcıl və əlverişli xidmət və məhsulları təklif edir. Dürüstlük və şəffaflıq, etimad və hörmət, sürət və operativlik, xidmətin yüksək keyfiyyəti və fərdi yanaşma işimizin əsas prinsipləridir. Bizim peşəkar heyətimiz, geniş filial şəbəkəmiz və onlayn servislərimiz hər zaman xidmətinizdədir.Maliyyə dünyasında Xalq Bank Sizin etibarlı tərəfdaşınız və faydalı təlimatçınızdır", - devizi ilə bank sektorunda kök salmağı bacaran Asim Məmmədli hazırkı siyasi mühitdə necə davranacaq?

Yeri gəlmişkən, Asim Məmmədli 2018-də eyni şəbəkyə aid “Xalq Sığorta” ASC-nin Direktorlar Şürasına da rəhbərlik edir.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364,8 milyon manatdır. Bankın səhmlərinin 50%-i "İdeal Business Co." MMC-yə, 33,85 %-i "Euro Standard" MMC-yə, 16,15%-i isə “Foton” MMC-yə məxsusdur.

Məlumat üçün onu da qeyd edək ki, Asim Məmmədovun siyasi keçmişi barədə də iddialar var. Bununla bağlı bankın mətbuat katibi Nərgiz Yusifovaya yanvarın 12-də Votsap-dan sorğu verdik. Lakin cavabsız qaldığından bir neçə gün əvvəl də xatırlatma etdik. Təəssüf ki, Nərgiz xanım sorğumuzu oxusa da, cavab vermədi.

Hələlik detallarına toxunmadığımız sorğumuzdakı ciddi siyasi ittihamlara təkrar münasibət öyrənməyə cəhd edəcəyik.

Samir

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA