İlham İsmayıl: "Şimaldan Azərbaycana təzyiqlər davam edəcək"

img

03-11-2013 [19:54]


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin Azərbaycanda məzhəblərarası iğtişaş yaratmaq istəyən qüvvələrin olması ilə bağlı bəyanatı birmənalı qarşılanmayıb. Son dövrlər Azərbayca-na qarşı təhdidlərin artdığını nəzərə alsaq, bu bəyanatın arxasında ciddi mesajın dayandığını demək olar. Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsma-yılla söhbətimiz də bu mövzudadır.

- Azərbaycan cəmiyyəti kifayət qədər tolerantdır. Başqa dinlərə bu qədər dözümlü yanaşdığı halda, neçə il-lərdən bəri mövcud olmayan sünni-şiə qarşıdurmasının indi ortaya çıxmasını iddia etmək düzgün deyil. Ha-zırda cəmiyyətdə sünni-şiə qarşıdurmasının baş verməsi üçün real əsas yoxdur. Belə bir qarşıdurma yalnız dindarların öz arasında mövcuddur. Bu, zaman-zaman baş verib. Mən keçmiş fəaliyyətimdə də müşahidə etmişəm, konkret olaraq, Göyçayda sünni-şiə qarşıdurması yalnız məsciddə mövcud idi. Məsciddən kənar-da sünni-şiə qarşıdurması yoxdur, heç vaxt da olmayıb. Bu da onunla bağlı idi ki, bir sıra rayonlarda məscid tək olur, orda ibadət edənlər arasında fərqli mövqelər müəyyən narazılığa səbəb olur. Yəni, pişnamazın kim olması üstündə mübahisələr yaranır.

Qarşıdurmaya gəlincə, bu gün cəmiyyətdə bu müstəvidə qarşıdurma yoxdur. Lakin bu elə məsələdir ki, ki-çik də olsa, ilkin dövrdə bu istiqamətdəki narahatlıq nəzərə alınmalıdır. Çünki din elə həssas sahədir ki, bur-da olan hər hansı bir gərginlik get-gedə bütün cəmiyyətə sirayət edə bilər.

- İlham bəy, son dövrlər Azərbaycanda dinə meylin artdığını, xüsusən də gənclərin meylləndiyini inkar eləmək olmaz. Şəxsən mən müşahidə etmişəm ki, bəzi şiələrlə sünnilər İslamın fundamental dəyərlərinə ziddi olaraq bir-birinə kəskin münasibətdədir. Bu kəskin münasibətlərin çərçivəni aşaraq, məsciddən kənara çıxma təhlükəsi varmı?

- Əgər bu gərginlik məsciddən kənara çıxacaqsa, bunu yenə elə məsciddəkilər edəcək. Başqa adamlara təsir göstərmək, onları öz sıralarına cəlb etmək metodlarından bunlar da yararlana bilərlər. Necə ki, vəhhabilər insanları öz tərəflərinə çəkmək üçün xüsusi vasitələrdən istifadə edirlər. Bu proses nəzarətdən çıxarsa, radikallaşar, radikallaşdıqda isə siz deyən kimi qarşıdurma yarana bilər. Bu istiqamətdə verilən anonsa ciddi reaksiya olmalıdır. Din, məzhəb pərdəsi altında fəaliyyət göstərməyə başlayanda hətta bütövlükdə toplum narazı olsa da, ona qarşı aktiv etirazını bildirmir, çünki onlar Allahın, peyğəmbərin, müqəddəslərin adından danışırlar. Dinin həssaslığı, cəmiyyətin də ona qarşı aktiv narazı olmaması baş verə biləcək gərginliyin miqyasını genişləndirə bilər.

- Bunun qarşısının alınması üçün indidən hansı tədbirlər görülməlidir?

- Qeyd etdiyim kimi, məzhəblər arasındakı ilkin gərginlik təzahürlərinə ciddi yanaşılmalıdır. Bunun qarşısı həm xüsusi xidmət orqanları tərəfindən alınmalı, həm də maarifləndirmə işi aparılmalıdır.
Şeyxin son bəyanatı yadıma Napaleonun sözünü salır. Napaleon deyirdi ki, öz elminə sahib çıxmayan, öz el-mini yedirtməyən millət başqa ordunu yemləyər. Əgər Qafqaz Müsəlmanları İdarəsi, həm də Dini Qurum-larla İş üzrə Dövlət Komitəsi normal maarifləndirmə işi aparmasa, başqa bir qüvvənin ideologiyası dominant olacaq. Bunun qarşısı alınmalıdır.

Bu gün Azərbaycan cəmiyyətində faktiki olaraq, bir ideologiya yoxdur. Bircə ideologiya var - o da varlan-maq. Amma işsizlik də var, gənclər iş tapa bilmirlər, ortaya yeni bir şey çıxanda ora meyllənirlər. Bunun qar-şısını almağın yeganə yolu maarifləndirmədir. Təsəvvür edin ki, Nəriman Qasımoğlunun Qurana əsaslanan hicab məsələsinə aydınlıq gətirməsi cəmiyyətdə çox müsbət reaksiya doğurur, nəinki kimlərinsə meydana çıxıb "biz ölərik, hicabı əldən vermərik!"- qışqırması.

- QMİ ilə Dini Komitədən məzhəblərarası gərginliyin yaranma təhlükəsi barədə mesajlar gəlir. Əgər hazırda real təhlükə yoxdursa, bu narahatlığın dilə gətirilməsində məqsəd nədir?

- Təbii ki, elementlər var. Bəzi adamlar internetdə "Biz Azərbaycan kimi gözəl ölkəni şiə şeytanlarından tə-mizləyəcəyik",- kimi təlbiğat aparırlar. Bunlar Şimali Qafqaza tez-tez gedib-gələnlər, təsirə düşənlərdir. Vəhhabizmi heç biri dinə qəbul eləmirlər, o cümlədən də İslamın digər təriqətlərini, şiəliyi, ələviləri qəbul eləmirlər.

Bu gün Suriyada vuruşanların çoxu şiələrin hakimiyyətdən getməsini istəyir. Azərbaycandan gedənlər də azadlıq uğrunda deyil, şiələrin hakimiyyətdən getməsi üçün vuruşurlar. Yəni, bu gün sualda qeyd elədiyiniz elementlər var və onlar böyüdükcə qarşısını almaq çətin olur. Belə məlumatlar, adətən xüsusi xidmət orqanlarında olur, onlar bunu Dini Komitəyə də, QMİ-yə də verir. Məsələ ondadır ki, bu cür elementlərdən xarici qüvvələr istifadə edə bilir. Moskvadakı son hadisələr də bu qəbildəndir. Fanatlar, skinxedlər var, bilin ki, onların hamısı xüsusi xidmət orqanlarının əlində bir vasitə olur, yeri gələndə onları istiqamətləndirə bilirlər. Baxmayaraq ki, həmin o sələfilər, vəhhabilər Rusiyanın özünün başını ağrıdır, amma başqa ölkəyə təzyiq göstərmək üçün, yeri gələndə onlardan istifadə edirlər. Bunu dövlət bilir, QMİ və Dini Komitəyə məlumat verir. Təəssüf ki, o qurumlar çox bəsit formada, dərin təhlil etmədən və çıxış yollarını göstərmədən problemi gündəmə gətirir.

- Bildirirsiniz ki, ölkəmizdə məzhəblərarası gərginliyin elementləri var. Bu təhlükə haradan gəlir, Rusiyadan-mı, İrandanmı, yoxsa başqa yerdən?

- Bu təhlükələr həm İrandan, həm də Rusiyadan gəlir. İrandan tamam başqa istiqamətdə gəlir. Deyim ki, burda radikal şiələr var, terror törədəcəklər, yox! Zaman-zaman bu istiqamətdə cəhdlər olub. Şimaldan da belə təhlükələr gəlib. Onlar üçün maraqlı deyil ki, burda hansı məzhəb dominantlıq təşkil edəcək. Onlar üçün bu ölkədə qarışıqlıq olması, təzyiq altında qalması maraqlıdır ki, yeri gələndə bundan maksimum istifadə eləsinlər.
Yadınızdadırsa, burda yəhudi müəllimin öldürülməsi ilə bağlı fətva verilmişdi, amma sonradan terrorun qar-şısı alındı. Burda məqsəd kimisə öldürmək deyil, Azərbaycanı təzyiq altında qoymaq idi. Çünki burda bir yə-hudi öldürülsəydi, vəziyyət qarışacaqdı. O cümlədən, Şimali Qafqazdan gəlib burda təbliğat aparanlar. Bax, bu məqamların hamısı Azərbaycan üçün təhlükə vəd edir.

- Azərbaycanın xüsusi xidmət orqanının bu təhlükələrin qarşısını almaq imkanı nə dərəcədədir?

- Bu işlə daha çox Milli Təhlükəsizlik Nazirliyi məşğul olur. Deyərdim ki, MTN-nin ən yaxşı nəzarət elədiyi sa-hə elə bu sahədir. Başqa sahələri deyə bilmərəm, məhz bu sahəyə MTN lazımi şəkildə nəzarət edə bilir.

- Ümumiyyətlə, bizdə bu sahədə vəziyyət hansı səviyyədədir, alovlanmaq üçün qığılcım lazımdır, yoxsa hə-ləlik körüklənmə prosesi gedir?

- Ciddi gərginlik yoxdur, yəni qığılcıma bənd deyil. Amma körükləmə prosesi gedir. Bunun qarşısı zamanın-da alınsa, körükləmə prosesi uzun çəkər və uğursuzluqla nəticələnər. Amma elə bir situasiya yaranar ki, kö-rükləmə artar, onda proseslər siz deyən qığılcıma bənd ola bilər.

- İlham bəy, söhbətimizi başqa istiqamətə yönəltmək istəyirəm. Rusiyada soydaşlarımızla bağlı son olaylar, iki ölkə arasındakı münasibətlər barədə nə düşünürsünüz?

- Bu proseslərin arxasında həm iqtisadi maraqlar dayanır, həm də Azərbaycana təzyiq eləmək üçün bir vasitədir. Söhbət azərbaycanlılara təzyiqdən getmir, onların simasında Azərbaycana təzyiq etmək üçün Rusiyanın siyasəti dayanır. Proseslərin kökündə Azərbaycan hakimiyyətinə təzyiq elementləri var. Baxmayaraq ki, Putin gəlir, gedir, əməkdaşlıq davam edir. Bütün bunların fonunda görün, Rusiya cəmiyyətinə nələr çatdırılır. Bildirilir ki, Azərbaycan öz fəaliyyəti ilə Rusiyanın qaz, energetika siyasətinə arxadan zərbə vurur. Şerbakovun da ölümü bu qəbildəndir. Yeri gəlmişkən, Rusiyadan məlumatlar indi də gəlməkdə davam edir ki, o ölməyib. Bu gün Rusiyada çox pis şovinist əhval- ruhiyyə var və bu əhval-ruhiyyənin körükləyən də Putin hakimiyyətinin apardığı siyasətdir.

- Məlum olduğu kimi, hazırda Rusiyada müəyyən səviyyədə deportasiya prosesi gedir. Sözsüz ki, deportasi-ya olunanlar arasında kriminal ünsürlər də var. Vətənlərinə qayıdan həmin insanlar Azərbaycanda vəziyyəti kriminallaşdıra bilərlərmi?

- Yox, kriminallaşdıra bilməzlər. Əvvəla oradan böyük deportasiya yoxdur. Tutaq ki, bir qatar adam bura gəldi, onların burda nəsə etmək imkanları çox aşağıdır. Kriminallaşdırsalar, elə kriminal kimi də qarşısı alınacaq. Onların əksəriyyəti siyasi aktivliyi olmayan adamlardır. Bu gün Rusiyaya gedə bilmirlər, sabah Ukraynaya üz tutacaqlar. Yeganə zərbə alan onların ailələri olacaq, maddiyyatdan məhrum olacaqlar. Onlar Azər-baycanda siyasi ab-havanı dəyişmək gücündə olmayan adamlardır.

- Ötən müsahibələrinizdən birində demişdiniz ki, Rusiya Azərbaycanda etnik zəmində gərginlik yaratmaq istiqamətində müəyyən addımlar atır və bunun üçün oradakı azərbaycanlılardan da istifadə edirlər. Bu deportasiyalardan sonra həmin planlarını bura gələnlərin əliylə gerçəkləşdirə bilərlərmi?

- Əgər Rusiya dövləti qarşısına o məqsədi qoyarsa, onlarsız da dediyiniz məsələləri həyata keçirə bilərlər. Əsas məsələ Rusiyanın Azərbaycana olan münasibətidir. Rusiya Azərbaycanda gərginlik yaratmaq istəyəcəksə, onun buna geniş imkanları var. Həm öz vətəndaşlarımızın əli ilə, həm də başqa vasitələrlə bunu edə bilərlər.

- Sizcə, Rusiyanın Azərbaycanda gərginlik yaratmaq imkanı nə qədərdir və bunu indiki mərhələdə edərmi?

- Rusiya bu barədə ciddi addımlar atır. Minsk görüşü, perspektivdə dekabrda Moskva görüşü - bütün bunların hamısı Putinin köhnə SSRİ-ni hüquqi formada əlinə almaq istəyindən irəli gəlir. Buna nail olmadıqda təzyiqlər müxtəlif formalarda davam edəcək. Ən azı sərhədlərdəki münasibətlərdən, vətəndaşlarımıza münasibətdən başlamış digər sanksiyalar tətbiq etməsi mümkündür. Özü də burada təkcə Azərbaycan hədəfdə deyil. Onlar istəyirlər ki, burda da Gümrüdəki kimi baza yaratsınlar, Amerika burdan bir dəfəlik əl çəksin. Mən deyərdim ki, Putinin bu istiqamətdəki siyasəti çox aqressivləşib.

- Belə çıxır ki, Şimaldan Azərbaycana təzyiqlər davam edəcək?

- Bəli. Şimaldan Azərbaycan təzyiqlər davam edir və edəcək. Biz bu təhlükələrə dövlət olaraq sinə gərməli-yik. Nəyəsə imza atmaqla köklü maraqlarımızı təhlükə altına ala bilərik. Əsl diplomatiya odur ki, bütün bu təzyiqlərdən salamat qurtulmaq üçün ağıllı addımlar atsın. Elə etməliyik ki, Rusiya bütün gücü ilə pəncəsini üstümüzə qoymasın.


Digər xəbərlər
SON XƏBƏRLƏR