Türkiyə 41 universitetin diplom və attestatlarını tanımır - Aralarında Azərbaycanın da adı var

img

15-07-2025 [20:28]


Türkiyə Ali Təhsil Şurası (YÖK) ölkə xaricində olan 41 universitetin diplom və attestatlarını tanımır. Eyni zamanda, həmin ölkələrdəki 41 ali təhsil müəssisəsinin məzunlarının istənilən sənədinin ekvivalentlik müraciətləri qəbul olunmur.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə YÖK sədri, professor Erol Özvar açıqlama verib.

O, bunun səbəbini həmin ali və orta məktəblərin  Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəsi ilə izah edib: "Bu çərçivədə ABŞ, Albaniya, Avstraliya, Azərbaycan, Əfqanıstan, Belçika, Bosniya-Herseqovina, İndoneziya, Gürcüstan, İraq, Kamboca, Kanada, Qazaxıstan, Qırğızıstan, Kolumbiya, Kosovo, Nigeriya, Polşa, Rumıniya və Türkmənistanda fəaliyyət göstərən universitetlər, institutlar və liseylər daxil olmaqla, ümumilikdə 41 təhsil ocağı ilə bütün əlaqələr kəsilib".

YÖK-dən bu sırada bir sıəra universitetlərin adı çəkilsə də, Azərbaycandakı təhsil mərkəzinin adı açıqlanmayıb.

YÖK yalnız onu əlavə edib ki, türkiyəlilər və ya əcnəbilər seçim edərkən diqqətli olmalıdır.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR