Sabah Sabirabad rayonunun 21 kəndində qaz olmayacaq

img

15-07-2025 [15:44]


Sabah Sabirabad rayonunun 21 kəndində qaz olmayacaq.

Mia.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, diametri 315 mm olan PE “Nərimankənd-Ulacalı” orta təzyiqli yeraltı qaz kəmərində və ondan ayrılan qollarda kiplik sınaqları aparılacaq. Bununla bağlı sabah saat 10:00-dan etibarən sınaq işləri başa çatana qədər Nərimankənd, Qaratəpə, Yastıqobu, Əhmədabad, Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Məmişlər, Kürkəndi, Əsədli, Qəfərli, Suqovşan, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Osmanlı, Şıxsalahlı və Qaragüney kəndlərində (ümumilikdə 9 638 abonent) “Nərimankənd” QPS-dən qaz təchizatı dayandırılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR